RespublikaTV

Qarabağ Azərbaycandır!

Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

  • Oktyabr 4, 2020 15:33
  • Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

    Respublika TV xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyevin bəyanatında qeyd olunub.Bildirilir ki, “Dağlıq Qarabağ Respublikasının prezıdenti” Arayik Arutunyanın tapşırığı əsasında bu gün, 4 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Cenevrə konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub.Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olmuş, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir