Röya vaksin vurdurdu – Foto

  • Fevral 4, 2021 15:10
  • Xalq artisti Röya Ayxana peyvənd tətbiq olunub. RespublikaTv.Com xəbər verir ki, müğənni bu barədə instaqram səhifəsində məlumat verib.

    O, prosesdən video yayaraq könüllü vaksin vurdurduğunu açıqlayıb: “Bu gün könüllü olaraq peyvənd olundum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun”.

    Qeyd edək ki, R. Ayxan ilk peyvənd olunan mədəniyyət üzvüdür.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir