SMS-icazə ləğv olundu

  • Yanvar 18, 2021 01:17
  • Bu gündən Azərbaycanda yaşayış yerini tərk etmək üçün tətbiq edilən icazə sistemi ləğv edilib.

    RespublikaTv.Com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar imzalayıb.

    Qərara əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir