Metamfetamin (Şüşə) nədir?

  • İyul 28, 2020 16:49
  • Yaponiyalı bir kimyagərin ixtira etdiyi metamfetamin maddəsi dünyada ən sürətlə yayılan, daha çox zərərli və son dərəcə təhlükəli bir narkotik vasitədir. Metamfetaminin küçə adları met, şüşə, kristal, buz, billur olaraq bilinməkdədir. Ən çox istifadə olunan adı isə met və şüşədir.

    Metamfetamindən ilk dəfə İkinci Dünya Müharibəsində əsgərlərin oyaq qala bilməsi üçün istifadə edilmişdir. Müharibə bitdikdən və illər keçdikdən sonra metamfetaminin insanlarda asılılıq yaratdığı aşkar olundu və 1970 ci ildən etibarən nəzarət olunan maddələr sıyahısına əlavə olundu.

    Metamfetamin sintetik bir maddədir

    Metamfetamin asan hazırlanması və qısa müddətdə asılılıq yaratması ilə bir çox ciddi problemlərin yaranmasına səbəb olur. Metamfetamin beyinin funksiyasını pozmaqla depressiyaya yol açır. Heroindən, kokaindən daha çox asılılıq yaradan bir maddədir. Eyni zamanda bu maddənin təsiri altında olan insanların ətrafdakılara aqresivliyi və riskli davranışlara meylliliyi artır.

    Metamfetamin (şüşə) ani ölümlərə səbəb olur

    Metamfetamindən istifadə ağciyər ödəminə, beyin qanamasına, ürək çatışmazlığı və ürək tütması ilə bağlı ani ölümlərə səbəb olur. İlkin istifadə nəticəsində yuxu pozğunluğu, mədə ağrıları, ağız quruluğu, dişlərin sızıldaması, bədəndə titrəmə müşahidə edilir. Həmçinin bu növ maddədən mütəmadi istifadə edənlərin dişləri çürüməyə başlayır. .Eyni zamanda metamfetamindən asılı olan şəxslərdə dərilərinin altında böcək gəzməsi kimi halusunasiya halları tez-tez yaşanır.

    Dünyanın ən təhlükəli narkotik vasitəsi olaraq qəbul edilməkdədir

    Bu maddə ondan istifadə edənlərin fiziki və ruhsal güclərini ələ keçirən bir zəhərdir. Son illər dünyada heç bir sərhəd tanımadan “şüşə” istifadəçilərinin sayında sürətli artım müşahidə olunur. Bu vasitə ondan istifadə edənlərin həyatlarını alt-üst edir. Bu narkotik vasitə öz mənfi təzahürləri ilə tək istifadəçilərinin yox, onunla paralel ailə üzvlərinin də yaşamını təhlükə ilə üz-üzə qoyur.

    Metamfetamin beyində funksional dəyişikliklərə səbəb olur

    Metamfetamin istifadəçinin ilk öncə beyininə təsir edir, xəyallar görməyə başlayır, qeybdən səslər duyur və getdikcə özünə nəzarəti itirməyə başlayır. İstifadə sonrası maddə beyində funksional dəyişikliklərə səbəb olur.
    Uzun müddət metamfetamindən (şüşə) istifadə edənlərin beyinlərində dopamin hüceyrələri zərər görür və zamanla dopaminin səviyyəsi azalması nəticəsində ciddi hərəkət pozğunluğu əmələ gəlir.
    Nəticə etibarı ilə metamfetamin (şüşə) ilk istifadədən sonra qısa bir müddətdə asılılıq yaradır və istifadə müddətində getdikcə daha çox dozada qəbul etmə ehtiyacına səbəb olur. Eyni zamanda bu maddədən asılı olanlar zamanla bütün həzz alma hissiyatını itirirlər.

    Raqif Allahverdi

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir