Mübariz Mənsimovun ermənilərlə işbirliyi faktlar ilə sübut olundu-Fotofakt

  • Noyabr 28, 2020 16:00
  • FETÖ işi ilə əlaqədar həbs olunan Azərbaycan əsilli türk iş adamı Mübariz Mənsimov zaman-zaman mediada “xeyriyyəçi” əməlləri və anti-erməni mövqeyi ilə gündəmə gəlib.

    Ancaq həbsindən sonra Mənsimovun insanlara israrla aşılanmaq istədiyi “anti-erməni” mövqeyi ilə bağlı ziddiyətli məqamlar üzə çıxdı.
    “Nəslində 3 arxa donəninin biri belə erməni olarsa mən o adamı şirkətlərində işlətmərəm deyən Mənsimov özünün ermənilər ilə sıx və mehriban işgüzar münasibətlərdə olduğu aşkarlandı.
    ABŞ-da dövlət xəzinəsini aldatdığına görə 130 il həbs cəzasi alan “Noil Energy” rəhbəri Levon Terminjyan ilə Mübariz Mənsimovun ortaqlıq əlaqəlari “vətənpərvər” iş adamının vətən “sevgisini” göstərdi. Görünən insanların görmək istəmədiyi idi əslində…
    “Xeyriyyəçi”, “pulsuz tələbə oxudan vətənpərvər”, “kasıblara ev bağışlayan iş adamı” birdən birə erməni diasporasının ən güclü maliyyə dəstəkçilərinin biri ilə işgüzar münasibətləri hörmətsizlik idi. 27 il işğalda qalan Qarabağ torpaqlarına, minlərlə şəhid və qazilərə zorlanan, əsir düşən, işgəncə görən Xocalı sakinlərinə ən böyük hörmətsizlik idi…
    Erməni diasporunun qondarma “Artsax” respublikasını bu illər ərzində istər iqtisadi-siyasi istərsə də maliyyə baxımından yüksək səviyyədə dəstəklənməsi heç kimə sirr deyil. Diasporanı isə ayaqda saxlayan dünyanın müxtəlif yerlərində biznes fəaliyyəti göstərən Kardaşyanlar, Terminjyanlardır. Yəni ki, erməni iş adamları. Bunu Mənsimov da yaxşı bilirdi. Ona görə də ilk başlarda belə işgüzar münasibəti inkar etdilər. Ancaq sosial medianın ictimailəşmə effektinin qarşısında dura bilməyəcəklərini anlayıb mövzu barədə susmağa qərar verdilər.
    Susan tək Palmali şirkətlər qrupu deyildi. Həm də şirkətin timsalında Mənsimovun vicdanı idi. Qarabağı işğalda saxlayan qüvvələrin dəstəkçiləri ilə balansı qaydada həm pul qazanıb həm pul qazandırmaq əslində isə bu pulların 0.02 %-indən az hissə ilə bir neçə qazini müalicə etmək və digər dekorativ “xeyriyyə”addımlar atmaq cəhdləri uğursuz tamamlandı.
    Günümüzdə Azərbaycan dövlətinin çoxillik uğurlu siyasəti ilə Qarabağ ermənilərdən azad edildi. Artıq ölkəmizin qaçqın və məcburi köçkünü qalmadı. Şəhid ailələri və qazilərimizə isə dövlət qanunamüvafiq dəstəyi verir və verecək də.
    Mübarizəni qeyri-mubariz qaydada aparan Mübariz Mənsimovların erməni ilə 1 milyard qazanıb şəhidinə 1000 manat xərcləmək kimi şou-xarakterli göstərişlərinə də ehtiyac qalmadı.
    Geriyə 3 şey qaldı. Ərazi bütövlüyünü təmin etmiş qalıb Azərbaycan dövləti, Mübariz Mənsimovun susmuş milli vicdanı nə qədəri erməni diasporuna axdığı məlum olmayan erməni iş adamı Levon Terminjyan şərikli qazanılan milyardlar….

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir