Prezident Şuşanın azad edildiyini elan etdi!

  • Noyabr 8, 2020 13:14
  • Şuşa şəhəri erməni işğalından azad edilib. 

    Respublikatv.Com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində məlumat verib:

    “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.

    Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!

    Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

    Əziz Şuşa, sən azadsan!

    Əziz Şuşa, biz qayıtmışıq!

    Əziz Şuşa, biz səni dirçəldəcəyik!

    Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir