Xankəndidə doğum evinin “vurulması” yalanı ifşa olundu – Fotolar

  • Oktyabr 28, 2020 21:02
  • Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko “Odesskiy Kuryer” nəşrində erməni tərəfinin guya Xankəndidəki doğum evinin “atəşə tutulması” ilə bağlı saxtakarlığını ifşa edib.

    Respublikatv.com xəbər verir ki, Ermənistanın dünən və bu gün Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinin dinc sakinlərinə qarşı törədilən, kasset mərmilərindən istifadə nəticəsində 21 nəfərin öldüyü, 70 nəfərin yaralandığı terror aktına bəraət qazandırmaq cəhdi növbəti dəfə alınmayıb.Kovalenko yazır ki, bu gün rus və erməni təbliğatçıları Azərbaycan, bir qədər sonra dəqiqləşdirmə ilə türk aviasiyasının guya Xankəndidə doğum evinə zərbə endirməsi barədə saxta xəbəri kütləvi şəkildə yaymağa başladılar. Ermənilər iddia edir ki, guya zərbələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi əmri ilə Türk F-16 qırıcıları tərəfindən həyata keçirilib.“Bu informasiyanın erməni hərbçilərinin “Smerç” reaktiv yaylım atəş sistemi vasitəsilə dinc əhali arasında çox sayda itkilərə səbəb olan Azərbaycanın Bərdə şəhərinə zərbə endirməsi ilə eyni anda ortaya çıxması vacibdir. Aydındır ki, F-16-ların Xankəndidəki doğum evinə hücumu barədə məlumat informasiya meydanında erməni ordusunun qanlı cinayətini ört-basdır etmək üçün buraxılıb. Ancaq bu feyk də rus təbliğatçıların bir çox cəhdləri qədər anlamsız oldu.Birincisi, Xankəndidəki doğum evinin vurulmasına dair yalnız əsassız açıqlamalar deyil ilk fotoşəkillər ortaya çıxan kimi məndə bir dissonans yarandı. Rus və erməni məbələrinin məlumatlarında doğum evinə zərbə barədə danışılanda ağıla həmin an insanların təşviş içində olduğu, tüstüyə qərq olmuş palatalardan doğuş etmiş qadınların qaçması gəlir. Elə həmin an bizə hansısa boş, elementar mebelləri belə olmayan və dağılma anında sanki təmirə bağlanmış kimi görünən yer nümayiş etdirilir. Yəni, kobud şəkildə desək, həmin binalarda yaşayış olmayıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir