Ermənistan Bərdə şəhərini raket atəşinə tutub – ölən və yaralananlar var

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.
Respublikatv.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.