RespublikaTV

Qarabağ Azərbaycandır!

Bərdədə axtarış-xilasetmə işləri davam etdirilir-Fotolar

  • Oktyabr 27, 2020 19:21
  • Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.
    Respublikatv.Com FHN-ə istinadən xəbər verir ki, belə ki, bu gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib.Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində 13 nəfər mülki şəxs xəsarət alıb, 4 nəfər həlak olub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.Əlavə məlumat veriləcək.Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir