40 ildən sonra Xalq artisti ilə sevgili olması barədə iddialara aydınlıq gətirdi

  • Fevral 3, 2021 10:52
  • Bir dövrün məşhur müğənnisi Təranə Vəlizadə mərhum Xalq artisti Siyavuş Aslanla sevgili olması ilə bağlı iddialara cavab verib.

    RespublikaTv.Com xəbər verir ki, sənətçi “Elgizlə İzlə” proqramına qatılaraq 40 il sonra söz-söhbətə aydınlıq gətirib.

    “İllərdir ürəyimdə saxlamışam. Həyat yoldaşımın ölümündən sonra depressiyaya düşdüm, xəstə yatdım. Özümə gələndən sonra eşitdim ki, adım Siyavuş Aslanla hallanır. Bu barədə heç vaxt danışmadım, utandım. Onsuz da bu yalanlara heç kim inanmadı”,- deyə T. Əlizadə vurğulayıb.

    Qeyd edək ki, Təranə Vəlizadənin duet ortağı, həyat yoldaşı Eyvaz Həsənov illər əvvəl avtomobil qəzasında həyatını itirib. Bundan sonra T. Vəlizadə səhnələrdən uzaqlaşıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir