RespublikaTV

Qarabağ Azərbaycandır!

Paşinyan Rusiyadakı səfiri dəyişməyi planlaşdırır

  • Fevral 2, 2021 13:56
  • Ermənistan səfirlərinin siyasi təyinatları ABŞ və Ukraynadakı diplomatik nümayəndəliklərin rəhbərlərini Lilit Makunts və Vladimir Karapetyanla əvəzləməklə məhdudlaşmayacaq.

    RespublikaTv.Com xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

    “Düzdür, Makuntsa gəlincə, həm diplomatik, həm siyasi dairələr, həm də ABŞ-dakı erməni lobbi təşkilatları onun namizədliyinin əleyhinə çıxış etdilər və bu məsələnin necə həll ediləcəyi hələ bəlli deyil. Lakin Nikol Paşinyan “cib” kadrlarının təyin edilməsi prosesini davam etdirmək niyyətindədir”, – deyə nəşr yazır.

    Qəzetin məlumatına görə, kadr dəyişikliyi prosesində növbədə Ermənistanın Rusiyadakı səfiri dayanır. Nəşrin mənbələrində kimin təyin ediləcəyi dəqiq göstərilməyib, lakin Paşinyanın Ermənistan səfirini siyasi fiqurla əvəzləməkdə qərarlı olduğu iddia edilir.

    Ermənistan mətbuatında keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyanın Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin oluna biləcəyi barədə məlumatlar yayılıb.

    Ermənistan Xarici İşlər Nazirliyi isə səfirlərin təyin edilməsi və ya geri çağırılması ilə bağlı müvafiq prezident sərəncamı olmayana qədər bu məlumatları şərh etmədiklərini bildirib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir