Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

  • Yanvar 28, 2021 08:44
  • Çində son sutka ərzində 54 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. RespublikaTv.Com bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

    Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 326-ya yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 82 870 xəstə sağalıb.

    Ölkədə 1 820 aktiv koronavirus xəstəsi var ki, onlardan da 105-nin vəziyyəti ağır qiymətləndirilir.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir