RespublikaTV

Qarabağ Azərbaycandır!

Polietilen torbalar alıcılara pulla təqdim olunacaq

  • Yanvar 19, 2021 19:11
  • “Polietilen paketlərin alıcılara pulla təqdim olunması ilə bağlı müvafiq sənəd hazırlanır. Bu sənəd aidiyyəti qurumlarla razılaşdırılaraq təqdim olunub”.

    RespublikaTv.Com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

    O bildirib ki, yaxın zamanlarda 15 mikrona qədər olan polietilen torbaların qadağası ilə yanaşı, 15 mikrondan çox olan polietilendən hazırlanmış paketlərin də pullu olması öz həllini tapacaq:

    “Bununla da polietilen tullantıların ətraf mühitə təsirlərini azaltmağa nail ola biləcəyik”, – deyə şöbə müdiri qeyd edib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir