Bu gün yağış, qar intensivləşəcək, yollar buz bağlayacaq

  • Yanvar 19, 2021 12:03
  • Ölkə ərazisində müşahidəı edilən faktiki hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən

    RespublikaTv.Com a verilən məlumata əsasən, əksər rayonlarda hava yağıntılı olub.

    Sarıbaş, Zaqatala, Oğuz, Şəki, Qəbələ, Balakən, Göygöl, Quba, Gədəbəy, Qrız, Daşkəsən, Ağdərə (Ordubad), Qusar, Şabran, Şahbuz, Naxçıvan, Altıağacda qar yağıb.

    Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Kişçayda (Şəki) 15, Gədəbəydə 7, Göygöldə 6, Daşkəsən, Qrızda 5,  Oğuz, Şəki, Quba, Altıağacda 2, Ağdərə (Ordubad), Qəbələ, Qusar, Xaltanda 1 sm olub.

    Yağışın miqdarı Şəmkir, Ağstafada 3, Tovuz, Gəncə, Zərdabda 2, Nabran, Göyçay, Tərtər, Bərdə, Mərəzə, Lənkəran, Cəfərxan, Sabirabad, Astara, Kürdəmir, Bakı, Sumqayıt, Binədə 1 mm olub.

    Qərb küləyi Naftalanda arabir 30, Neftçalada 25, Xınalıqda 24, Daşkəsəndə 23, Gəncədə 20, Gədəbəy, Yardımlı, Şəmkir, Tərtərdə 16 m/s olub.  Bakıda və Abşeron yarımadasında: Qum adasında 20, Neft Daşları, Pirallahıda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü  2.9 metrə çatıb.

    Bu gün  ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5 dərəcə aşağı enəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Aran bölgəsində isə yağışın sulu qara keçəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda  havanın şaxtalı keçməsi yolların buz bağlamasına səbəb olacaq.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir