RespublikaTV

Qarabağ Azərbaycandır!

Bu il “COVID-19”la mübarizəyə ayrılan vəsaitin bölgüsü müəyyənləşdiriləcək

  • Yanvar 9, 2021 14:52
  • Maliyyə Nazirliyinə bu il yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün ayrılan vəsaitin bölgüsü ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

    RespublikaTv.Com bildirir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” sərəncamında əksini tapıb.

    Sərəncama əsasən, Maliyyə Nazirliyi COVID-19 pandemiyasına qarşı mübarizə üçün nəzərdə tutulan vəsaitin bölgüsü və həmin bölgüdə ediləcək dəyişikliklər barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir