RespublikaTV

Qarabağ Azərbaycandır!

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin iş saatlarında dəyişiklik edildi

  • Dekabr 14, 2020 13:03
  • Xəbər verdiyimiz kimi, dekabrın 14-dən yanvarın 18-dək Azərbaycanda sərt karantin rejimi tətbiq ediləcək.

    RespublikaTv.Com xəbər verir ki, sərt karantin rejimini nəzərə alaraq “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin iş saatlarında dəyişiklik edilib. Müvafiq dəyişikliyə əsasən 14 dekabr tarixindən 30 dekabr tarixinədək Bakı şəhərində yerləşən bütün “ASAN xidmət” və “ASAN Kommunal”, həmçinin Sumqayıt və Gəncə regional “ASAN xidmət” mərkəzləri saat 18.00-dək, digər regional mərkəzlər isə 17:00-dək fəaliyyət göstərəcək.Həmçinin xatırladaq ki, koronavirusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir