Baş Prokurorluq “YAŞAT” Fonduna yarım milyon köçürdü

  • Dekabr 14, 2020 12:43
  • Baş Prokurorluq “YAŞAT” Fonduna yarım milyon manat ianə köçürüb.

    RespublikaTv.Com un verdiyi xəbərə görə, Baş Prokurorluq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış “YAŞAT” Fonduna 500 min manat məbləğində vəsait köçürüb.Daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə könüllü olaraq əmək haqlarının bir hissəsinin “YAŞAT” Fonduna ianə verilməsi qərarına gəliblər.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir