Amin ailəsinə məktub göndərdi – Foto

  • Dekabr 6, 2020 11:36
  • Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib.

    RespublikaTv.Com xəbər verir ki, sözügedən məktub sosial şəbəkələrdə paylaşılıb.

    “Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib: “Salam, ana necəsən? mən yaxşıyam, məndən narahat olma, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Hər kəsə məndən salam deyin. Ana sən özünə yaxşı bax. İnşallah, səni gələndə möhkəm görüm. Səni çox sevirəm, ana”, – deyə Amin məktubda bildirib.

    Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)  Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir