RespublikaTV

Qarabağ Azərbaycandır!

İcra Hakimiyyətinin Başçısı məsələyə biganə yanaşmadı.. – VİDEO

  • Noyabr 28, 2020 12:53
  • Respublika Tv olaraq bir neçə gün öncə Suraxanı Rayon Bülbülə qəsəbəsində üç övladı ilə birgə acınacaqlı halda yaşayan Söhbətova Xəlqanə xanımin ailə şəraitini sizlərə təqdim etmişdik.
    Başda təsisçi direktorumuz Ramilə Sultan olmaqla ailəni tanıyan ilk gündən bu məlumatı geniş şəkildə işıqlandırmağa çalışdıq.
    Çox keçmədi ki səsimizə səs verənlər oldu. İstərdik ki bu barədə geniş məlumat verək.
    İlk öncə Suraxanı Rayon icra Hakimiyyətinin Başçısı Əziz Əzizov hadisədən məlumatı olan kimi həmən bizimlə əlaqə saxlayaraq ailənin evinə birgə yolanmağımızı onların güzəranı ilə tanış olub müvafiq tədbirlər görmək istədiyini bildirdi.
    Bu gün təsisçi direktorumuz Ramilə Sultan, İcra Başçısı eyni zamanda icra nümayəndələri birgə ailənin yaşadığı ünvana yollanıblar.
    Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı Əziz bəy bu ailəyə öz dəstəyini göstərib. O cümlədən yaşadıqları evin təmirinin müəyyən hissəsini öz öhdəliyinə götürüb. Əziz bəyin iştirakı ilə ailə müvəqqəti olaraq Kürdəxani qəsəbəsindəki sığınacağa yerləşdiriləcək.
    Söhbətova Xəlqanə keçən dəfə ki müraciətində də bildirmişdi ki övladları təhsildən kənar qalıblar. Məhz bunu nəzərə alaraq Əziz bəy uşaqların təhsilinə də yaxından köməklik göstərəcəyini bildirdi.
    Bunuda qeyd etmək isterdik ki ünsiyyətdə olduğumuz Suraxanı rayon sakinləri hörmətli Əziz bəyin onlara qarşı qayğıkeş, mehruban və nümunəvi icra başçısı olduğunu bildirdilər.

    Eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc da bu xəbərə heç də biganə yanaşmadı. Ailənin durumundan xəbərdar olan kimi bizimlə əlaqə saxlayaraq ailənin durumu haqqında məlumatlandı. Yerindəcə ailəyə maddi dəstəyini göstərdi. Biz də öz adımızdan dəyərli millət vəkilimiz Zahid bəyə çox təşəkkür edirik.
    Əziyyəti olan Suraxanı icra nümayəndəliyinə, Cəlaləddin bəyə, bələdiyyə sədri Elçin bəyə, mənzil komunal istismar sahəsinin rəisi İlqar bəyə də dərin minnətdarlığımızı bildiririk.
    Təsisçi direktorumuz Ramilə Sultan və Respublika Tv olaraq bu ailəyə maddi və mənəvi dəstələklerini göstərən hər kəsə, eyni zamanda bizləri izləyən dəyərli izləyicilərimize bizi sevib dəyər verən səsimizə biganə yanaşmayanlara təşəkkürümüzü bildiririk.
    Sevindirici bir haldır ki, günümüzdə bu kimi ailələrə biganə yanaşılmir. Problemli ailələrdən xəbərdar olunan kimi müvafiq tədbirlər görülərək onların qayğısına qalınır.
    Bu günlərdə göstərilən bütün birlik şüarları gələcək nəsillər üçün bir nümunədir.

    Şəbnəm Rəhimova

    RespublikaTv.Com

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir