Ermənistanda növbəti etiraz aksiyası keçirələcək

Kinoprodüser Armen Qriqoryan erməni mədəniyyət xadimlərini yeni etiraz aksiyasında iştiraka çağırıb. Respublikatv.Com bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər verib.
Etiraz aksiyası noyabrın 29-da Yerevanda Şarl Aznavur meydanında keçiriləcək.
“Bu gün Ermənistan hakimiyyətsiz qaldığına görə öz həmkarlarımızı – mədəniyyət və incəsənət xadimlərini, alimləri, idmançıları və siyasətçilərin iştirakından asılı olmayaraq biganə qalmayanları “Moskva” kinoteatrının yaxınlığında etiraz aksiyasına toplaşmağa çağırırıq”, – deyə erməni kinematoqrafçı feysbuk səhifəsində bildirib.