Azərbaycan əsgərləri Cıdır düzündə yallı getdilər – Video

  • Noyabr 15, 2020 00:46
  • Azərbaycan əsgərləri Qarabağın incisi Şuşanın Cıdır düzündə yallı gediblər.

    Respublikatv.Com-un xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.Əsgərlərimizin rəqs etdiyi yerdə vaxtilə sərxoş Nikol Paşinyan yallı getmişdi.

    Prezident İlham Əliyev xalqa müraciətində bu barədə danışarkən demişdi: “Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq… Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”

    Ali Baş Komandan İlham Əliyev “Şuşasız bizim işimiz yarımçıq qalar” söyləmişdi və verdiyi bütün vədlər kimi, bu vədini də ən qısa müddətdə yerinə yetirdi.Müqəddəs bayrağımız noyabrın 8-də Şuşa qalasına sancıldı. Azərbaycan Ordusu bununla bir daha sübut etdi ki, bu torpaqların əsl sahibləri azərbaycanlılardır!

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir