Mirqafar Seyidova yeni vəzifə verildi

  • Noyabr 14, 2020 17:12
  • Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən çıxarılıb.

    Respublikatv.Com-un verdiyi xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M.Seyidov vəzifəsindən azad olunaraq Nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

    Mirqafar Seyidovun yerinə hazırda təyinat yoxdur.

    Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Emin Şəkinski bir müddət əvvəl ağır sürən xəstəlikdən sonra vəfat edib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir