“BBC” ermənilərin Kəlbəcərə od vurmasını belə təqdim etdi

  • Noyabr 13, 2020 13:05
  • “BBC News” kanalı da ermənilərin Kəlbəcər rayonunda ekoloji və kütləvi terrorlar törətməsi ilə bağlı məsələni işıqlandırıb.

    Respublikatv.com xəbər verir ki, telekanalın Moskva müxbiri Stiv Rozenberq bununla bağlı Kəlbəcərdən reportaj hazırlayıb. Reportajda da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar.

    Bununla da “BBC”nin videoreportajı razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir.

    Materialda ermənilər yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün bu addımı atdıqlarını bildiriblər.

    Bu o deməkdir ki, işğal olunmuş ərazilərdə maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyi isə yandırır, məhv edirlər.

    Prezident İlham Əliyev bu faktı “İnterfaks”a müsahibəsində bildirmişdi və uzaqgörənliklə xəbərdar etmişdi:

    “Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir