Kaliforniyadakı azərbaycanlılara dəyən ziyan ödənildi

  • Noyabr 13, 2020 12:52
  • ABŞ-da yaşayan soydaşlarımıza dinc aksiya zamanı erməni millətçilərinin vurduğu ziyan ödənilib.

    Respublikatv.com xəbər verir ki, Azərbaycanın Tovuz rayonunda Ermənistanın törətdiyi təxribatlara ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində etiraz edən soydaşlarımıza ermənilər bədən xəsarəti yetirmiş, onlara məxsus minik avtomobilləri, həmçinin müxtəlif şəxsi əşyaları yarasız hala salınmış, yaşadıqları mənzillərə ciddi ziyan dəymişdi.Aksiya zamanı soydaşlarımıza dəyən 16 min ABŞ dolları məbləğində maddi ziyan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilib.

    Azərbaycan dövləti bundan sonra da xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində addımlar atacaq, eləcə də hər hansı təxribat halı baş verdikdə onlara dəstəyini davam etdirəcək.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir