Bayraq Günündə avtobuslar işləyəcək

  • Noyabr 6, 2020 12:54
  • Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən noyabrın 7-si gecə saat 00:00-dan noyabrın 9-u səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. 

    Respublikatv.Com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

    Bildirilib ki, 9 noyabr (bazar ertəsi) Dövlət Bayrağı Günü qeyri-iş günü olmasına baxmayaraq müntəzəm və ekspres xətlər üzrə avtobuslar sərnişinlərimizin xidmətində olacaq.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir