Vejnəlidəki qızıl yataqlarımızı o talan edirdi

  • Oktyabr 31, 2020 18:41
  • Ermənilərin işğal altında olan Azərbaycan ərazilərində milli sərvətlərimizi talan etməsi, bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var. Bunlardan biri də bir neçə gün öncə işğaldan azad edilən Zəngilan rayonunun Vejnəli kəndidir.

    Respublikatv.com – un verdiyi xəbərə görə, ümumilikdə, işğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur.Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunur.Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilib.Bu barədə ilk olaraq Prezidentin köməkçisi Hikmət Hacıyev ictimaiyyətə məlumat vermişdi.H.Hacıyev oktyabrın 30-da keçirilən mətbuat konfransında bildirmişdi ki, Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşir:“Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Vejnəlidə qanunsuz olaraq qızıl yataqlarının istismarı aparılırdı. Bu prosesə “Geo Pro Mining”, həmçinin İsveçrə vətəndaşı olan Vartan Sirmaks adlı şəxs cəlb olunmuşdu. Vartan Sirmaks həm də dünyada brend hesab olunan “Frenk Müller” saatlarının istehsalçısıdır. Kəlbəcərdə və Vejnəlidə çıxarılan qızıllar həmin “Frenk Müller” saatlarının işləmələrində istifadə olunurdu. Bu qızıl resursları Ermənistanda saxta sənədləşmədən sonra üçüncü ölkələrə çıxarılaraq satılırdı. Vartan Sirmaks barəsində Azərbaycan Baş Prokurorluğu tərəfindən müvafiq cinayət işi başlanılıb. Təəssüf ki, Azərbaycanın sorğularına lazımi cavab verilməyib, hüquqi müstəvidə bu məsələ ilə bağlı əməkdaşlıq göstərilməyib. Vejnəli yatağı artıq işğaldan azad olunub, Azərbaycanın digər tərəfdaşlar ilə imzaladığı müqaviləyə uyğun olaraq istismar olunaraq Azərbaycan xalqının mənafeyi naminə istifadə olunacaq”. Ermənistan genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismaına cəlb edilib. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Sirmakes “ArmSwisBank”ın təsisçidir və bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinin sahibidir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindəmn biri olduğu “Franc Muller” şirkəti dünyada yeganə nümayəndəliyini Ermənistanda açıb. Sirmakes Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş Konsulu təyin olunub və “Vətən qarşısında xidmətlərinə görə” oreni ilə təltif olunub. Onu da qeyd edək ki, 5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. İstintaq materiallarından da aydın görünür ki, Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə də, qızıl yataqlarının qeyri-qanuni istirmarında iştirakı ilə bağlı kifayət qədər məlumat əldə edib. Bütün bu faktlar İsveçrə Kanfederasisiyası Baş Prokurorluğuna da təqdim olunub.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir