Gəncədəki qətliamda yaralanan 7 gün sonra vəfat etdi

  • Oktyabr 24, 2020 12:11
  • Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alan şəxslərdən biri vəfat edib. Respublikatv.Com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunur ki, 17.10.2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Ramiz oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir