Erməni hərbçi diqqət çəkdi… – Fotolar

  • Oktyabr 21, 2020 12:50
  • Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən Qarabağda gedən döyüşlərdə ard-arda məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyi rəsmən geri çəkildiklərini xalqa etiraf edib. Ötən gün Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovannisyan mətbuat konfransı keçirərək Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki üstünlüyünün olduğunu, hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə edildiyini bildirib.

    Respublikatv.Com ” xəbər verir ki, bununla belə Ovannisyanla birgə tədbirə qatılan hərbçi də diqqət çəkib. MN rəsmisi onu yaralı hərbçi kimi təqdim etsə də, üzündən olduqca yorğun və bitkin görünən həmin şəxsin məcbur konfransa gətirilərək “yenilməz” Ermənistan ordusunun siması kimi danışdırılması düşmən tərəfinin nə qədər rəzil durumda olduğunu bir daha əyani göstərmiş olub.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir