RespublikaTV

Qarabağ Azərbaycandır!

Paşinyan Ayvazyanı istefaya göndərmək istəyir

  • Fevral 5, 2021 12:09
  • Ermənistanın Baş naziri xarici işlər naziri Ara Ayvazyanın işindən narazıdır, onun istefaya göndərilməsi gözlənilir.

    RespublikaTv.Com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti hakimiyyət dairələrinə yaxın mənbələrə istinadən məlumat verib.

    “Görünən odur ki, Baş nazir Nikol Paşinyan Ayvazyanın Moskvadakı Türkiyə ilə bağlı açıqlamalarını bəyənməyib. Nazir qayıtdıqdan sonra sərt bir söhbət baş tutub. Baş nazir XİN rəhbərinə xəbərdarlıq edib”, – deyə nəşr yazıb.

    Söhbət erməni diplomatın 7 dekabrda Moskvaya səfərindən gedir. Rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında İrəvanla Ankara arasındakı münasibətlərin normallaşması barədə sualı cavablandıran Ayvazyan 1915-ci il hadisələrini xatırladıb, Türkiyəni Ermənistana qarşı təcavüzkar siyasətdə ittiham edib və İkinci Qarabağ müharibəsindəki rolunu tənqid edib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir