Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək

  • Yanvar 24, 2021 08:29
  • Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.

    Bu barədə RespublikaTv.Com Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

    Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

    Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir