RespublikaTV

Qarabağ Azərbaycandır!

Putinlə Tokayev Japarovu təbrik etdi

  • Yanvar 11, 2021 12:51
  • Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstanda keçirilən Prezident seçkilərində qalibiyyət münasibətilə Sadir Japarovu təbrik edib.

    RespublikaTv.Com xəbər verir ki, bu barədə hər iki ölkənin Prezidentlərinin Mətbuat xidməti açıqlama yayıb.

    Qeyd edək ki, 10 yanvarda Qırğızıstanda erkən prezident seçkiləri və ölkədə idarəetmə formasının seçimi üzrə referendum keçirilib. Prezident postu uğrunda 17 namizəd mübarizə aparıb. Qırğızıstan MSK-nın ilkin məlumatlarına görə, səslərin 98 faizinin sayılmasından sonra Sadir Japarov 79,2% səslə birinci yerdədir. Bununla yanaşı keçirilən referendumda vətəndaşların 80 faizindən çoxu prezident idarəetmə formasını dəstəkləyib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir