Növbəti iclasın gündəliyi məlum oldu

  • Dekabr 29, 2020 15:17
  • Milli Məclisin dekabrın 30-da keçiriləcək iclasının gündəliyi açıqlanıb.

    RespublikaTv.Com xəbər verir ki, iclasda 6 məsələ müzakirə ediləcək. Bunlar “Müflisləşmə və iflas haqqında” (üçüncü oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), “Dövlət borcu haqqında” (üçüncü oxunuş) qanun layihələrinə dəyişikliklərdir. Həmçinin iclasda gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında məsələlərə də baxılacaq.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir