RespublikaTV

Qarabağ Azərbaycandır!

İlham Əliyev Giorgi Qaxariyanı təbrik etdi

  • Dekabr 27, 2020 10:24
  • Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Zati-aliləri cənab Giorgi Qaxariyanı təbrik edib.

    RespublikaTv.Com İlham Əliyev Giorgi Qaxariyanı təbrik etdi bildirir ki, təbrikdə deyilir: 

    Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Bu gün Azərbaycan-Gürcüstan münasibətləri tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq dinamik və hərtərəfli inkişaf etməkdədir.

    İnanıram ki, siyasi, iqtisadi və humanitar sahələrdə daim genişlənən əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfələr verəcəkdir.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir