RespublikaTV

Qarabağ Azərbaycandır!

Ərdoğanın Bakıya səfər proqramı açıqlandı

  • Dekabr 9, 2020 09:34
  • Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Qarabağdakı şanlı qələbədən sonra ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

    RespublikaTv.Com “TRT Haber”ə istinadən xəbər verir ki, Prezident Ərdoğanın Bakı səfəri 2 gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək. Ərdoğan-Əliyev görüşü zamanı atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

    İki lider atəşkəsin izlənilməsi və nəzarət edilməsi üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti də müzakirə edəcəklər. Birgə mərkəz üçün fəaliyyət istiqamətlərindən danışılacaq. Danışıqlar zamanı Türkiyə və Azərbaycanın birlikdə atacağı addımlara dair qiymətləndirmələr aparılacaq. 

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir