RespublikaTV

Qarabağ Azərbaycandır!

İranda da karantin sərtləşdirildi

  • Noyabr 23, 2020 12:49
  • İran hökuməti yeni tip koronavirusun yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminə keçib.

    Respublikatv.Com xəbər verir ki, Prezident Həsən Ruhaninin sədrlik etdiyi Koronavirusla Beynəlxalq Mübarizə Komitəsi qırmızı, narıncı və sarı ərazi hesab etdiyi bölgələrdə 15 gün karantin tətbiq olunacağını açıqlayıb.Komitənin mətbuat katibi Əli Rza Rəisi açıqlamasında qeyd edib ki, yüksək riskli hesab edilən qırmızı bölgələrə 160, narıncı ərazilərə 208 və sarıya 80 vilayət daxildir. Karantin dövründə çörək və ərzaq mağazaları, xəstəxana və apteklər istisna olmaqla bütün məkanlar 15 gün fəaliyyət göstərməyəcək. Həmçinin şəhərlərarası məsafə qadağan edilir. Qırmızı bölgələrə gedənlər 1 milyon (təxminən 66 manat), narıncı üçün 150 tümən (32 AZN) cərimə ödəyəcəklər. Gecə saat 21:00-dan sonra küçəyə çıxmaq isə qadağan edilib.Bununla da, İran bu günədək “COVID-19” virusuna qarşı ən sərt karantin rejimini tətbiq edib. Qeyd edək ki, İranda təkcə ötən gün 479 nəfər həyatını itirib, son sutkada 13 min 260 nəfər virusa yoluxub.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir