Prezidentin Xudafərinə sürdüyü avtomobilin özəllikləri

  • Noyabr 18, 2020 09:59
  • Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən eyni adlı şəhərlərə səfəri zamanı istifadə etdiyi avtomobil maraq doğurub.

    Respublikatv.Com xəbər verir ki, “AzCan Sentry” zirehli maşınının özəllikləri barədə Xəzər TV-nin “Birinci studiya” proqramında danışılıb. Bildirilib ki, “AzCan” təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisəsidir və avtomobil həmin müəssisədə hazırlanır. Maşın 8 nəfərlik heyəti daşımaq üçün nəzərdə tutulub və üzərində müxtəlif növ silahları quraşdırmaq mümkündür. Qeyd edilib ki, 17 ton ağırlığında olan “AzCan Sentry” 362 at gücündə, 6-7 litrlik dizel mühərrikinə sahibdir və tank əleyhinə minalara davamlıdır. Zirehli avtomobil iki modeldə istehsal edilir və 20 kilometr məsafədə hərəkəti müəyyən edə bilər.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir