“Qarabağla bağlı razılaşmaya əməl edilir” – Putin

  • Noyabr 17, 2020 15:58
  • “Qarabağla bağlı razılaşmaya əməl edilir”.

    Respublikatv.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRİCS-ə üzv ölkələrin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika – red.) onlayn konfransında bildirib.

    “Rusiya tərəfi iki dost dövlətimiz arasında hərbi əməliyyatların dayandırılmasına kömək etmək və onları kompromisli həllər tapmağa təşviq etmək üçün ən fəal səyləri göstərdi. Vasitəçiliyimiz nəticəsində 9 noyabrda atəşkəs və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi barədə razılaşmalar əldə edildi”,- deyə Putin qeyd edib.

    Vladimir Putin bütün bunların Rusiya-Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatda qeyd olunduğunu xatırladıb.

    “Mühüm məsələdir ki, razılaşmalara əməl olunur. Hərbi əməliyyatlar tamamilə dayandırılıb, vəziyyət sabitləşir. Beləliklə, böhranın uzunmüddətli və geniş miqyaslı həlli üçün və həm Azərbaycan, həm də erməni xalqlarının mənafelərinə uyğun olaraq ədalətli əsasda şərait yaradılıb”,- deyə Rusiya Prezidenti əlavə edib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir