RespublikaTV

Qarabağ Azərbaycandır!

“Qarabağın zəncirlərdən xilas olması tarixi hadisədir”

  • Noyabr 17, 2020 15:23
  • “Azərbaycana hərbi qüvvələrin göndərilməsi ilə bağlı layihəyə dəstəyimiz tamdır. İşğal altındakı yerləri 44 gündə azad edən dost Azərbaycanın sonunadək arxasında olacağımızı demək istəyirəm”.

    Respublikatv.Com xəbər verir ki, bu sözləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

    O, partiyasının qrup toplantısında Azərbaycana hərbi qüvvələrin göndərilməsi ilə bağlı Türkiyə Prezident Administrasiyası tərəfindən təqdim edilən layihənin Türkiyə Böyük Millət Məclisinə göndərilməsini dəstəklədiyini ifadə edib:

    “Azərbaycan Orudusunun üstünlüyü beynəlxalq aləmdə prestij qazanmışdı. 28 ildir donan Dağlıq Qarabağın zəncirlərdən xilas olması tarixi hadisədir”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir