Baxçalı Azərbaycanı Bəxtiyar Vahabzadənin şeiri ilə təbrik etdi

  • Noyabr 11, 2020 17:03
  • Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanı qələbə münasibətilə təbrik edib.

    Respublikatv.Com xəbər verir ki, siyasətçi bu barədə partiyasının toplantısında çıxış edərkən bildirib:

    “Qarabağ türkdür, Qarabağ azaddır, Qarabağ Azərbaycandır. Qarabağ türkün poladdan biləyidir. Bir millət, iki dövlətik, iki ayrı bədəndə eyni canıq. Bir dəfə yüksələn bayraq düşməmişdir, düşməyəcəkdir.

    2009-cu ildə aramızdan ayrılan mərhum şarimiz Bəxtiyar Vahabzadənin dediyi kimi,

    Bir ananın iki oğlu,

    Bir ağacın iki qolu,

    O da ulu, bu da ulu,

    Azərbaycan-Türkiyə!

    Dinimiz bir, dilimiz bir,

    Ayımız bir, ilimiz bir,

    Eşqimiz bir, yolumuz bir,

    Azərbaycan-Türkiyə!

    Zəfərimiz mübarək, daim olsun. Neçə diriliş və yüksəlişimiz mübarizəmizə vəsilə olsun”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir