“BBC həmkarlarınızın bunun “şahidi” olduğuna inanmıram”

  • Noyabr 9, 2020 13:21
  • “Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var. Şübhələrim var”.

    Respublikatv.Com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin guya BBC-dəki həmkarlarının Xankəndi və Dağlıq Qarabağda olması və şəhərin xaotik mərmi atəşinə tutulması iddiasına cavabında deyib. 

    “Nə olsun ki, onlar orada idilər? Bu, heç nə demək deyil. Bu, feyk xəbər ola bilər”, – deyə dövlət başçısı bildirib.

    – Bu nəyə görə feyk xəbər olsun ki? Nəyə görə oraya gedən istənilən jurnalist feyk xəbərləri yayımlamağı qərara alsın ki?

    – Münaqişəyə qərəzli mövqeyinə görə, beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma təbliğatına görə.

    – Deməli, Sizi heç bir yanlışlıqda günahlandırmaq olmaz? Hər şey feyk xəbərdir?

    – Əlbəttə, bu, feyk xəbərdir. Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin orada “şahidi” olub. Mən buna inanmıram.

    – Onlar bunu lentə alıblar. Əlbəttə ki, hər iki tərəfdə mülki şəxslərin qətlə yetirildiyini qeyd etmək mühüm əhəmiyyət kəsb edir. Hər iki tərəf xaotik atəş açmışdır. Biz özümüz burada ballistik raketin istifadə edildiyi Gəncə hücumunun fəsadlarının şahidi olmuşuq. Beləliklə, bu tərəfdə də itkilərin olması şübhə doğurmur.

    – Təşəkkür edirəm.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir