“Görəcəksiniz, Şuşaya qayıdanda onu bərpa edəcəyik”

  • Noyabr 9, 2020 13:15
  • “Əlbəttə ki, ola bilər. Çünki bu məsələni araşdırmaq üçün bizim orada olmamız lazımdır. Biz orada olanda onu təmir edəcəyik”.

    Respublikatv.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Sizin sərəncamınızda olan bütün bu imkanları nəzərə alaraq, kilsənin atəşə tutulması ilə bağlı iki dəfə səhvə yol verilə bilər?” sualına cavab olaraq deyib. Dövlət başçısı bildirib ki, biz onu bərpa edəcəyik:

    “Siz bunu görəcəksiniz. Biz Şuşaya geri qayıdanda onu bərpa edəcəyik”.

    – Bu, o demək deyil ki, bu silahların bu dərəcədə qeyri-dəqiq olması və belə səhvlərə asanlıqla yol verməsi ehtimalına görə Siz onları mülki yerlərdə istifadə etməməlisiniz?

    – Biz onlardan mülki yerlərdə istifadə etmirik. Biz onlardan hərbi infrastrukturu məhv etmək üçün istifadə edirik.

    – Prezident Əliyev

    – Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbi obyektlərlə doludur. Biz onlardan fərqli olaraq mülki şəxslərə hücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağıdırlar, ballistik raketlərlə Gəncəyə hücum etdilər.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir