“Erməni lobbisinin “TF1” kanalına qarşı təhdidlərini pisləyirik

  • Noyabr 4, 2020 22:54
  • “Fransadakı erməni lobbisinin “TF1” telekanalına qarşı təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”.

    Respublikatv.Com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında qeyd edib.

    Hikmət Hacıyev bildirib: “Azərbaycanlı mülki şəxslərin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən “TF1” və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir