“Rusiya Qarabağdakı münaqişəyə son qoymaq üçün əlindən gələni edir​” – Putin

  • Noyabr 4, 2020 17:24
  • “Rusiya Dağlıq Qarabağdakı münaqişəyə son qoymaq üçün əlindən gələni edir və edəcək​”.

    Respublikatv.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dini birliklərin nümayəndəlikləri ilə görüşündə bildirib.

    “Bilirsiniz ki, Rusiya Cənubi Qafqazda bir-birinə qarşı duran, təəssüf ki, hələ də pulemyotların, tüfənglərin mənzərələrində bir-birini görən və bir-birinə qarşı silah istifadə edən insanların həyatını xilas etmək üçün münaqişənin tez bir zamanda bitməyi prosesində ondan asılı olan hər şeyi edir”, – deyə Putin qeyd edib.

    Rusiya lideri qarşı tərəflərin hədəflərinin sülh danışıqları prosesi zamanı əldə oluna biləcəyinə inandığını bildirib: “Hər halda, həm Ermənistan, həm də Azərbaycanla təmasdayıq. Ümid edirəm ki, bölgədə yaşayan bütün insanlara uyğun bir nəticə əldə edə biləcəyik”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir