Həkimi Osmanqızıdan nələr yazdı? – Mətn

  • İyul 26, 2020 22:55
  • Hər biriniz kimi Sevinc Osmanqızının çıxışını axıra kimi dinlədim. Vicdanım qarşısında yazmaq məcburiyyətində qaldım. Belə bir çıxışı ancaq bir erməni etsəydi, təəccüb etməzdim.

    Amma Sevincin çıxışına da təəccüb etmədim.

    Bu sözləri psixoloq, həkim Firdovsi İbrahimov Sevinc Osmanqızı haqda qeyd edib. O bildirib ki, S.Osmanqızını Bakıda yaşayarkən bir həkim kimi çox yaxşı tanıyıb:

    “O zaman bir həkim kimi onun davranışları və ən əzizlərinə olan davranışlarına çox təəccüblü qalmışdım. Zamanla bütün daşlar yerinə oturarmış.

    Nəticə olaraq Sevinc ciddi psixi çaxnaşma içində olan biri idi. Psixiatrlar yaxşı bilirlər. Xarakterdə parçalanma və hezeyanlar yaşayan biridir. Bu qərarlarına görə də daha Bakıda yaşayırkən öz ən yaxın əzizində də fəlakətə səbəb oldu.

    Nəticə olaraq Sevincin davranışı məndə təəccüb yaratmadı. Çünkü belə adamlar çox asanlıqla düşmən ölkələrin xarici kəşfiyyatının əlində çox ucuz oyuncağa çevrilirlər. Belələrini çox ucuz və çirkin kampaniyaları üçün istifadə edirlər. Zaman keçdikcə manqurtlaşan Sevincin bir gün öz atasını da suçlamasını görsəniz təəccüb etməyin”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir