“Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq”

  • Oktyabr 31, 2020 14:56
  • Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı jurnalisti mat vəziyyətində qoyduğu daha bir dialoq yaşanıb.

    Respublikatv.com – un verdiyi xəbərə görə, bu dəfə jurnalist Prezidentə Azərbaycandakı demokratik vəziyyətlə bağlı sual verib.

    Həmin dialoqu təqdim edirik:

    J: Siz Azərbaycanı demokratiya nümunəsi adlandırardınız?İ

    İ.Ə: Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırarsınız?

    J: Müəyyən mənada, bəli.

    İ.Ə: Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz.

    J: Xeyr, belə deyil.

    İ.Ə: Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist – adını unutmuşam. Siz onlara qadağa qoydunuz.

    J: Mən bu barədə bilmirəm. Demək istəyirəm ki, hətta koronavirus dövründə də etirazlar keçirirdilər.

    İ.Ə: Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz “sarı jiletlilərin” etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib.

    J: Amma biz Fransa barədə danışmırıq.

    İ.Ə: Xeyr, gəlin, Avropa barədə danışaq.

    J: Azərbaycan barədə…

    İ.Ə: Xeyr, gəlin özlərini guya demokratmış kimi aparanlardan danışaq. Biz özümüzü elə aparmırıq. Bəli, bizim çatışmazlıqlarımız var.

    J: Mən cənab Makrondan bu barədə soruşaram.

    İ.Ə: Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir