Ermənistan meyitlərini götürmək istəmir

  • Oktyabr 26, 2020 22:55
  • “Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana verməyə hazırdır”.

    Respublikatv.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

    O bildirib ki, 18 oktyabrda Azərbaycanın meyitləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməyinə baxmayaraq, Ermənistan hələ də cavab vermir: “Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir