“Türkiyə də Rusiya qədər maraqlıdır”

  • Oktyabr 23, 2020 17:15
  • “Türkiyənin Qarabağ münaqişəsinin sülh yolu ilə həll prosesində Rusiya ilə bərabər iştirak etmək hüququ var”.

    Respublikatv.com – un “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Türkiyə dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirakı ilə bağlı açıqlamalarını xatırladıb.“Türkiyə dünyada və regionda gərginliyin həll olunmasında Rusiya qədər maraqlıdır. Azərbaycan bildirir ki, İrəvan Rusiyanın sülh prosesinə qatılmasının tərəfdarıdırsa, o zaman Bakı Türkiyəni də cəlb etməyi təklif edir. Yəni həm Moskva, həm də Ankara danışıqlar masasında olmalıdır, -deyə Ərdoğan bildirib.Türkiyə liderinin sözlərinə görə, Rusiyanın Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllində iştirakı ilə bağlı birbaşa heç bir iddiası yoxdur: “Şəxsən mənə bu mövzuda Rusiya rəsmilərindən mənfi rəy gəlməyib”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir