RespublikaTV

Qarabağ Azərbaycandır!

Ağdamda partlayış – Bir hərbçimiz həlak oldu, ikisi yaralandı

  • Fevral 4, 2021 21:05
  • Bu gün günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

    Müdafiə Nazirliyindən RespublikaTv.Com a verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

    Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və  Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

    Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir