“İgidlər çox, təcrübəli zabitlərimiz az idi”-Milli Qəhrəman İsmayıl Tunc

  • Oktyabr 7, 2020 23:46
  • 10 günə yaxındır ki, davam edən Vətən Müsahirbəsindəki uğurlar sözsüz ki, hərbi, siyasi güclə bərabər Azərbaycanın igid oğullarının da əsas payı var. Artıq işğaldan azad olanan çoxlu ərazilər, götürülən əsirlər, partadılan hərbi texnikalarda döyüşçülərimizin rolu çox böyükdür. Qədim tarixə söykənən döyüşçülük ənənələri bu gün bizi düşməndən daha irəli salır və qalibiyyətə böyük inam yaradır. Bu gün də belə igid oğullarımızdan danışacağıq. Həm də Azərbaycan torpağına biraz uzağdan, Igdırdan gəlmiş Milli Qəhrəman İsmayıl Tunc. O, öz həyat hekayəsin və döyüşlərdə yaşadığı hadisləri danışanda isə sadəcə belə oğulllarla fəxr etmək və bu vətənin heç vaxt düşmənə təslim olmayacağı inamını qat-qat artır.

    Türkiyədən Azərbaycana ezamiyyətə gələn Milli Qəhrəman bəlkə heç ağlına da gəlməzdi ki, burda onu həyatının ən böyük və şərəfli yolu gözləyir. İlk olaraq atasından xeyir-dua alan İsmayıl bəy daha sonra tarix yazmaq üçün vətəni Azərbaycana geri dönür. Gərgin dövrlərə təsadüf edən qəhrəmanımızın dönüşü həyatında dərin izlər buraıb desək, yəqin ki, yanılmarıq:

    “Mən 1968-ci ilin 17 martında Türkiyənin Iğdır şəhərində anadan olmuşam. Bizim yaşadımız yer Ağrı dağın ətəyində, Araz çayının qırağında yeləşir. İlk orta təhsilimi Iğdırda almışam,əsgərlik xidmətini Ankarada başa vurandan sonra, 1990-cı illərdə Azərbaycana ezam olunduq 1 həftəlik və ondan sonra mənə təklif olundu ki, Azərbaycanda qalıb xidmət edim. Türkiyəyə qayıfıb atamın xeyir-duasın adım. Atam da bu fikri dəstəklədi və qayıtdım Azərbaycana, Tər Tərə getdim.Bir sıra milli qəhrəmanlarla birlikdə döyüşməyə başladıq. Və oralarda başladım xidmət etməyə. Çoxlu əsgərlər yetişdirdik. Kəşfiyyatlara getdik. Mən deyərdim ki, Azərbaycanın hər bir yeində çoxlu igidlər var idi həmin vaxt hərbidə və mən deyərdim ki, elə Tər Tərin də çoxlu mərd oğulları bizimlə birlikdə torpaqlar uğrunda döyüçürdü. Mən həmişə ora qəhrəman Tər Tər deyiləm. Çünki onlar bir qarış belə geri dönmədilər. Bizə yemək göndərdilər, onlar həqiqətən çox yaxşı xidmət edən bölgələrdən biridir. Hə bir ölkə öz xüsusiyyəti ilə seçilir. Türk də əsgər doğar. Deyirlər bəs sən necə sağ qaldın. Mən də deyirəm kaş Allah mənə də şəhidlik verərdi. Quranda da yazılıb ki, şəhidlər ölmür, onlar əbədi yaşayır. Şəhidlik bi zirvədir. Kaş hamımız o hissi yaşaya bilək.

    İsmayıl Tunc kəşfiyyat xatirələri haqqında da danışıb. O, bildirib ki, bir dəfə döyüşdə ölümlə üz-üzə qalıb , döyüş yoldaşlarını tək qoya bilərdi. Amma sonda sağ qalaraq, yenidən işinin başına keçib:

    “Bizim hər anımız təhlükə idi. ilahlar hər an can ala bilirdi. Ordakı igidlər də heç vaxt ölümdən qorxmurdu. Bir dəfə Milli Qəhrəman Vəzir Orucov Çıldıran ətrafında oraya əməliyyat olunmalı idi. Biz 10 nəfər həmin ərazidə olan postların ətrafına keçib ordan hücum edənləri sağ tutacağıq. Səhəri biz başladıq əməliyyata. Azərbaycan tərəfi başladıatmağa və bir qrup erməni başladı üstümüzə gəlməyə və bir erməni avtamatla üstümə başladı atəş açmağa və Vəzir arxadan onu vurdu. O olmasaydı mən indi sağ olmazdım. Allah və Vəzir mənim həyatımı xilas etdi.”

    Qəhrəmanımız döyüş həyatından danışarkən ölkəmizin igid oğullarından söz açaraq, Tər Tər sakinlərinin də bu işdə onlara böyük dəstək göstərdiyini deyir. O, bildirir ki, gənclər hər zaman döyüşə və vətəni xilas etməyə hazır olmalıdır necə ki, bu gün ölkəmizin oğulları bunu edir:

    “Tər Tər taboru daha çox düşmənin gücünü öyrənib sonra hücuma keçirdi. Biz daha çox kəşfiyyata gedib məlumat toplayırdıq. Bəzən əsir də gətirirdik. Biz heç vaxt əsirlərə əzab vermirdik. Bəzən mülki vətəndaş da gətirirdik əsir ki, onu təhvil verək lazımı yerə. Kəşfiyyatçının işi həm də bu idi. Sonra qarşılıqlı şəkildə onu öz adamlarımızla dəyişib döyüşçülərimizi azad edirdik. Amma heç vaxt mülki əsirlərərə əzab verməzlər və biz də vermirdik. Qadına, kişiyə, uşağa isə heç vaxt əzab verməzlər. Bu, dinin əqidənin qanuudur. İnanırsız ki, düşmən tərəfi bizim əsirlərinə elə əzablar verirdi ki, adam dəhşətə gəlirdi. Elə Xocalıdakı hadislərə baxın, dəhşətli əzablar verdilər bizim insanlara. Ona görə düşmənə qarşı hər zaman ayıq və güclü olmaq lazımdı. Bu gün mən müsahibə verirəmsə, gənclərə istəyirəm ki, deyim, həmişə xalqın qeyrətli insanlara ehtiyyacı var. Yatmaq olmaz. döyüşə hər zaman hazır olmalıyıq.

    Azərbaycanın çətin durumuda döyüşərək vətənə xidmət edən İsmayıl Tunc, o vaxtkı çətinliklərdən birinin də təcrübəli zabitlərin azlığını qeyd edib. Milli Qəhrəman bildirir ki, ölkənin hər yerindən mərd oğullar döyüşə gəlirdi, amma zabit baxımından kasadlıq var idi. Bu da bəzən döyüşə öz mənfi təsirini göstərirdi:

    “O vatlar təcrübəli zabitlərimiz az idi. İgid çox idi, amma zabit az idi. Hərbi biliklər məhdud idi. Bir dəfə Tər Tər taboruna tapşırıq verdim ki, çiyin çiyinə yolun qırağına gəlib döyüşə davam etməli idik. Kənardan atırdılar deyə, ayaq üstə getsəydik bizi məhv edəcəkdirlər. Amma biz onda tapşırığı düzgün yerinə yetirib sağ qalıb döyüşməyə davam etdik. İstənilən işdə, hərbi də ola bilər, siyasət də və ya başqa sahə də. Gərək hər bir işi şərəflə yerinə yetirəsən. Şəhid adı gələndə, onun ailəsi gələndə hər kəs bu gün ona hörmət etməldiri. Türkiyədə bu iş çox yüksək səviyyədədir. Azərbaycanda da evlər verilir, yarımlar edilir, mənəvi köməkliklər olunur. Və bu, həmişə belə olmalıdır. Çünki, onlar öz canını bu vətən üçün verilir. Hnasısa məmur bunu etmirsə, onun qanı yolanılmalıdır. Çünki, Azərbaycanlı heç vaxt öz şəhidiə biganə qala bilməz. Allah ölkəmizi qorusun, Heydər Əliyevi rəhmət etsin ki, onun qorduğu ölkədir ki, belə inkişaf edir. Neft layihələri və digər iqtisadi addımlar bizim vətəni , ordunu inkişaf etdirib”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir