“Arzu olunur ki, 15 sentyabr “Bakı günü” olaraq bayram edilsin” – AÇIQLAMA

  • Sentyabr 16, 2020 02:18
  • “Nuru Paşa başda olmaqla türk əsgərləri belə bir düşüncəyə sahib idilər ki, onlar öz doğma torpaqları uğrunda ölüm-dirim savaşına qalxmışlar.”

    AnTV.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli deyib. 

    Açıqlamanı olduğu kimi təqdim edirik:

     “Bakının azad edilməsində qəhrəman türk əsgərinin, onun igid sərkərdəsi Nuru Paşanın əvəzsiz xidmətlərini qeyd etmək lazımdır. 

    Əvvəla, Nuru Paşa başda olmaqla türk əsgərləri belə bir düşüncəyə sahib idilər ki, onlar öz doğma torpaqları uğrunda ölüm-dirim savaşına qalxmışlar.

    Arzu olunur ki, 15 sentyabr günü bir sıra ölkələrdə olduğu kimi, şəhər günü, yəni “Bakı günü” və yaxud da “Türkiyə-Azərbaycan qardaşlığı günü” kimi rəsmi olaraq bayram edilsin. 

    1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi tarixə bütün türk xalqlarının milli qurtuluş hərəkatında unudulmaz şanlı bir mərhələ kimi daxil olmuşdur. Həmin gün qazanılmış savaş gerçək bir hürriyyətə aparan zəfər, milli tariximizin şanlı bir səhifəsi idi.”

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir